Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı rayon sakini Orxan Məmmədov olduğu müəyyən edilib. Həmin şəxs idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “VAZ-21074” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
![](https://azvision.az/photos/2023/07/64c0a7c11489964c0a7c11489a169034745664c0a7c11489764c0a7c114898-3380695282.jpg)
Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. O.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
AzVision.az