"İqtisadiyyatda 4-5 faiz artım proqnozlaşdırılır" - Mərkəzi Bank sədri
!["İqtisadiyyatda 4-5 faiz artım proqnozlaşdırılır" - Mərkəzi Bank sədri
"İqtisadiyyatda 4-5 faiz artım proqnozlaşdırılır" - Mərkəzi Bank sədri](https://azvision.az/photos/2023/07/1690357233.jpg)
Onun sözlərinə görə, bu müddətə qədər qeyri-neft sektorunda artım 5-6 faiz səviyyəsində gözlənilir.
"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, həmçinin davamlı olaraq artan digər makroiqtisadi göstəricilər bu cür proqnozlar verməyimizə imkan yaradır" - deyə o vurğulayıb.
Qeyd edək ki, Dünya Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM artımını 2,8% səviyyəsində, 2024-cü il üçün isə 2,6% səviyyəsində proqnozlaşdırır. Azərbaycanda 2023-cü il üzrə nominal ÜDM 111,6 milyard manat olaraq qiymətləndirilir.
AzVision.az
Teqlər: