“Vaqner” üzvləri kütləvi şəkildə Belarusdan Rusiyaya qayıdırlar
Belə ki, özəl hərbi şirkətin hər ikinci briqadası məzuniyyətə buraxılıb.
Düşərgədə yalnız ən təcrübəli muzdlular qalıblar və onlar Belarus poliqonlarında hərbi təlim keçəcəklər.
Daha sonra isə Afrika və Suriyaya yollanacaqlar.
Məlumata görə, məzuniyyətə göndərilən “Vaqner”çilərin çoxu evlərinə gedib çatmadan elə vağzaldanca içki içməyə gedirlər.
Muzdluların yaxınları onların evə içkili halda gəldiklərini və ya hələ də gəlib çıxmadıqlarını, bəzilərinin çox içdikləri üçün vəziyyətlərinin pisləşdiyini yazırlar.
Bundan əlavə, Belarusda qalan muzdluların da çox yaxşı şəraitdə yaşadığı məlum olub.
Teqlər: