İranda bank müdiri və onun işçisi məcburi hicabın qurbanı oldu

İranda bank müdiri və onun işçisi məcburi hicabın qurbanı oldu
  27 İyul 2023    Oxunub:1076
İran hökumətinin məcburi hicabla bağlı tətbiq etdiyi cəza tədbirləri çərçivəsində ən absurd qərarlar çıxarılır.
AzVision.az Dəmavənd şəhərinin prokuroru Mürtəza Təhmasibin məlumatına istinadən bildirir ki, buradakı banklardan birinin müdiri və işçisi məcburi hicaba riayət etməyən qadınlara xidmət göstərdiyinə görə həbs edilib.

“Müdirlər və məmurlar məcburi hicaba riayət olunmadığı təqdirdə qadınlara xəbərdarlıq etməlidirlər. Hicabı olmayan şəxs xəbərdarlığa əhəmiyyət verməzsə və cinayət törətməkdə israrlıdırsa, dərhal Fərəca polisinə zəng edib məsələ ilə bağlı məmurlara məlumat vermək zəruridir. Polis zabitləri müdirlərin telefon zəngindən sonra dərhal hadisə yerinə gələrək iclas protokolunu hazırlamağa borcludurlar”, - Təhmasibi deyib.

Son aylarda İranın hakimiyyət orqanları qadınları dəfələrlə hədələmək, ticarət və əyləncə mərkəzlərini möhürləmək, hicabsız qadınları dövlət xidmətlərindən məhrum və küçədə həbs etmək, avtomobillərini əlindən almaq kimi üsullara əl atsalar da, iranlı qadınların vətəndaş itaətsizliyi qarşısında məğlub olublar.
AzVision.az


Teqlər:





Xəbər lenti