Putin Qərb ölkələrini qiymət artımında ittiham edib
Putin vurğulayıb ki, bazarlarda çətinliklər koronavirus pandemiyası ilə mübarizə zamanı yaranıb, bir çox dövlətlər, o cümlədən sənayeləşmiş ölkələr sanitar səbəblərə görə müəssisələri bağlayaraq, əhalisini və bir çox sənaye sahələrində istehsalını lazımi səviyyədə dəstəkləmək məcburiyyətində qalıblar.
Rusiya dövlətinin başçısı problemlərin Qərb ölkələrində pul məsələsindən qaynaqlandığını diqqətə çatdırıb.
“Çap olunan pullar dünya bazarlarında ərzaq almaq üçün istifadə olunmağa başladı. Qiymətlər dərhal qalxdı” deyə izah edib.
Putin Qərb ölkələrinin "enerjinin alternativ formalarının effektivliyinə güvənmək üçün heç bir səbəb olmadan" karbohidrogen enerjisinin inkişafına sərmayə qoymaqdan imtina edərək karbohidrogenlərə etinasızlıq göstərməyə başlamasında da danışıb.
Rusiya liderinin fikrincə, bu, enerji resurslarının qiymətlərinin artmasına səbəb olub və gübrələrin qiymətinə təsir edib.
“Bunlar qida bazarlarını, mineral gübrələr və enerji bazarlarını alt-üst edən əsas şeylərdir. Qiymətlərin bahalaşmasının səbəbi də budur”.
AzVision.az
Teqlər: