Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
  29 İyul 2023    Oxunub:1112
İyulun 28-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 88,01 dollar olub.
AzVision.az bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 86,98 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,25 dollar bahalaşaraq 68,25 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyulun 28-də 0,16 dollar artaraq 84 dollar olub.

AzVision.az


Teqlər:





Xəbər lenti