Zakir Qaralov çinli prokurorla görüşüb

Zakir Qaralov çinli prokurorla görüşüb
  12 Aprel 2013    Oxunub:1363
Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda rəsmi səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) Prezidenti Çao Dzyaminin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib və müzakirələrin nəticəsi olaraq ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Anlaşma Memorandumu” imzalanıb.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Cin xalqının sınanmış liderləri Heydər Əliyev və Dzyan Dzemin, sonrakı illər ərzində isə dövlət başçıları cənab İlham Əliyev və cənab Hu Cintaonun misilsiz xidmətlərini xüsusi qeyd edib.

Azərbaycan Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Beynəlxalq Prokurorlar Assosiasiyası və İAACA çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə, 2006-cı ildə İAACA-nın yaradılması zamanı Azərbaycan bu təşəbbüsü fəal surətdə dəstəkləmiş və bu gün də ölkəmiz həmin təşkilatın işində fəal iştirak edir. 2008-ci ilin mart ayında İAACA-nın İcraiyyə Komitəsinin iclasının və beynəlxalq konfransın Bakıda keçirilməsi və həmin təşkilatın vitse-prezidenti ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov olması müsbət hal kimi dəyərləndirilmişdir. Azərbaycan Prokurorluğunun struktrunda Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdıran Baş prokuror bu sahədə zəruri məlumatları özündə əks etdirən sənədləri qonaqlara təqdim edib.




Teqlər:  





Xəbər lenti