Hicaba itaətsizlik startap şirkətinin lisenziyasını dayandırdı

Hicaba itaətsizlik startap şirkətinin lisenziyasını dayandırdı
  31 İyul 2023    Oxunub:1127
Kütləvi etirazlar səngidikdən sonra repressiya siyasətini daha da sərtləşdirən İran hökuməti məcbuir hicab bəhanəsi ilə artıq ictimai xidmətlər göstərən obyektlərin bağlanmasına da əl atır.
AzVision.az SEPAH-a yaxın “Təsnim” agentliyinin məlumatına istinadən bildirir ki, hicabsız qadın işçilərinin görüntülərinin yayımlanması ilə bağlı virtual biznes sahəsində fəaliyyət göstərən qurum və şirkətlərə təzyiqlərdən sonra, indi də onlayn sığorta satışı sahəsində fəaliyyət göstərən “AZKİ” şirkətinin lisenziyası dayandırılıb.

“Azki”nin qadın işçilərinin yayımlanan şəkillərini “pozulma” və “normativ pozuntu” kimi qiymətləndirə “Təsnim” agentliyi Mərkəzi Sığorta şirkətinin tərəfindən sözügedən qurumun fəaliyyətinin dayandırılmasına qərar verəcəyini iddia edib.

Ötən həftə sosial şəbəkələrdə “Azki”nin müxtəlif şöbələrində çalışan qadınların bir çoxunun məcburi hicabdan boyun qaçırdığını əks etdirən video yayılıb.

Bu videomateriala reaksiyalardan sonra şirkət görüntülərin “şirkətin xəbəri və icazəsi olmadan yayımlandığını” açıqlayıb. Bununla belə, radikal medianın və hökumət tərəfdarlarının “Twitter” hesablarının təzyiqi nəticəsində “Mərkəzi Sığorta” təşkilatı məcburi hicaba riayət pozulduğuna görə şirkətin lisenziyasını dayandırıb.

Beləliklə, işçilərinin məcburi hicaba qarşı müqavimətinə görə, son günlər özəl sektora məxsus üçüncü şirkət və ya startap İranın dövlət qurumları tərəfindən cəzalandırılıb.
AzVision.az



Teqlər: İran   hicab  





Xəbər lenti