Fransada məhbusların sayı rekord həddə çatdı

Fransada məhbusların sayı rekord həddə çatdı
  31 İyul 2023    Oxunub:737
Fransada məhbusların sayı tarixi rekordu yeniləyib və 74,5 min nəfərə çatıb.
“Agence France-Presse” Fransa Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, əvvəlki rekord 73 700 nəfər idi. Bildirilib ki, 1 il ərzində məbusların sayı 2,5 min nəfər artıb.

Qeyd edilib ki, ölkənin penitensiar müəssisələrinin doluluq səviyyəsi 122 faizi ötüb və bu da Avropada ən yüksək göstəricilərdən biridir.

AzVision.az


Teqlər:





Xəbər lenti