İranda daha iki jurnalistə 4,5 il müddətinə həbs cəzası verildi

İranda daha iki jurnalistə 4,5 il müddətinə həbs cəzası verildi
  01 Avqust 2023    Oxunub:726
Yazıçı və jurnalist Səidə Şəfi və etirazlar zamanı həbs olunan digər jurnalist Nəsim Sultanbeygi İranın İnqilab məhkəməsi tərəfindən həbsxana həyatına və sosial məhrumiyyətlərə məhkum edilib.
AzVision.az Səidə Şəfinin öz Tvitter hesabında yazdığı məlumata istinadən bildirir ki, İnqilab məhkəməsinin 26-cı şöbəsi onların hər ikisinə “toplaşmaq və sövdələşmə” ittihamı ilə 3 il 7 ay, “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə isə 8 ay olmaqla ümumilikdə dörd il yarım həbs cəzası verib.

Şəfi barəsində çıxarılan hökmə həmçinin, iki il ölkədən çıxış və iki il qruplara üzvlük qadağası da daxildir. Bu ilin yanvarında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş xanım jurnalist fevralın 7-də 500 milyon tümən girov müqabilində müvəqqəti olaraq həbsdən azad edilmişdi.

Səidə Şəfi yaydığı məlumatda bu iş üzrə jurnalist və yazıçı Mehrnuş Zarinin “bəraət aldığını” açıqlayıb.
AzVision.az



Teqlər: İran   jurnalistlər  





Xəbər lenti