Teymur əminin iflic olan nəvəsinin köməyə ehtiyacı var - VİDEO

Teymur əminin iflic olan nəvəsinin köməyə ehtiyacı var    - VİDEO
  01 Avqust 2023    Oxunub:1524
Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) öz adını daşıyan nəvəsinin köməyə ehtiyacı var.
Bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

Avtomobil qəzası keçirən 28 yaşlı Teymur Mustafayev bir ildir ki, yataq xəstəsidir. O, əl və ayağın iflicindən, ağır onurğa beyin travmasından əziyyət çəkir.

Teymurun sözlərinə görə, onun müalicəsinə bir müddət qohumları dəstək olub.

“Babam sağlığında nəvələri üçün hər şeyi etdi. Yaşasaydı, məni bu vəziyyətdə qoymazdı”, - o söyləyib.

Mərhum Xalq artistinin nəvəsinin sağlamlığına qovuşması üçün 100 min manata ehtiyac var:

“Müalicəmi xaricdə davam etdirmək istəyirik. Heç olmasa əsa ilə gəzə biləcəyəm”.

Daha ətraflı süjetdə:

AzVision.az



Teqlər: İflic  





Xəbər lenti