Zaxarova İrəvana səsləndi: "Janqlyorluq etməyin!"

      Zaxarova İrəvana səsləndi:    "Janqlyorluq etməyin!"
  02 Avqust 2023    Oxunub:1498
"Rusiya hazırkı son dərəcə ağır humanitar vəziyyət fonunda sülhməramlıların Qarabağdan çıxarılmasına dair mümkün qərarla bağlı arqumentləri anlaşılmaz hesab edir. Üstəlik Ermənistan rəhbərliyi tərəfindən Qarabağın Azərbaycana məxsusluğu tanınandan sonra rusların heç bir səy göstərməməsi ilə bağlı Moskvaya qarşı iddialar ikiqat yersizdir".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, jurnalistlərə sual edib ki, sülhməramlılarla bağlı əsaslandırmalar "Ermənistanın baş nazirinin istəyidirmi?"

"Həqiqətin gözünə baxmaq lazımdır" - Zaxarova Paşinyana əsəbiləşdi
"Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Bunlar əsirlərin dəyişdirilməsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsidir. Doğrudanmı bu fəaliyyətlər Ermənistan rəhbərliyinə görə lazımsız və arzuolunmazdır? Onlar istəyirlər ki, bu proseslər reallaşmasın?”, - Zaxarova qeyd edib.

Zaxarova vurğulayıb ki, Ermənistan rəhbərliyi bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqe tutur. Moskva isə sülhməramlıların fəaliyyəti ilə bağlı belə qeyri-müəyyənliklərin olmasını istəmir.

"Sözlərlə janqlyorluq yaxşılığa doğru aparmır. Dəfələrlə və ən yüksək səviyyədə qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti yerləşdirildiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfə verir. Həmçinin vəziyyətin normallaşdırılması üçün onun fəaliyyət göstərməsi ilə bağlı tələblər də vurğulanıb", - Zaxarova bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sülhməramlı   Ermənistan  





Xəbər lenti