Zelenski: "Növbəti altı ayı Kiyev üçün ən vacibdir"

      Zelenski:    "Növbəti altı ayı Kiyev üçün ən vacibdir"
  02 Avqust 2023    Oxunub:1360
Qarşıdakı altı ay Kiyev üçün ən vacib ay olacaq, çünki ölkənin tərəfdaşları yeni siyasi mövsümə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb.

“İndi ən vacib altı aydır. Bir ay sonra tərəfdaş ölkələrdə yeni siyasi mövsüm başlayır”, - deyə Ukrayna prezidenti bildirib.

Ukrayna lideri əlavə edib ki, yeni siyasi mövsüm “əvvəlkilər kimi ukraynayönümlü” olmalıdır. O qeyd edib ki, Kiyevin buna hazırlaşmağa hələ vaxtı var.

Prezident qeyd edib ki, sentyabr-dekabr ayları Ukrayna və bütün Avropa üçün məsuliyyətli qərarlar dövrü olacaq və Kiyev hakimiyyətinə beynəlxalq münasibətlərdə qələbələr lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti