Tonlarla qızıl balığı kürüsünə görə zibilliyə atdılar

Tonlarla qızıl balığı kürüsünə görə    zibilliyə atdılar
  04 Avqust 2023    Oxunub:1391
Rusiyanın Kamçatka bölgəsinin Sobolevski rayonunda zibilliyə tonlarla qızıl balıq atılıb.
Balıqların hamısı içalatı çıxarılmış vəziyyətdə olub. AzVision.az xəbər verir ki, bu barədə Amur Mash Teleqram kanalı məlumat yayıb.

Saxalin adasında tonlarla balıq kürüsü sahilə çıxıb
Qeyd edilir ki, heyvanların qarnının kəsilərək zibilliyə atılmasının səbəbi brakonyerləri ancaq qızılbalıqların kürüsünün maraqlandırmasıdır.

Nə qədər balığın tələf edilməsi və dəymiş ziyanın miqdarı dəqiq məlum deyil. Artıq cinayətkarların axtarışına başlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kürü   Balıq   Rusiya  





Xəbər lenti