Rusiyada hərbi xidmətə çağırış yaşı 30-a qaldırıldı

   Rusiyada hərbi xidmətə çağırış yaşı    30-a qaldırıldı
  04 Avqust 2023    Oxunub:1098
Rusiya prezidenti Vladimir Putin Rusiyada hərbi yaş həddini 18-dən 30-a kimi təyin edən federal qanunu imzalayıb.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minməlidir, keçid dövrü olmayacaq.

Dövlət Dumasında birinci oxunuşda baxılarkən sənəddə 21 yaşdan 30 yaşa qədər hərbi xidmətə çağırış yaşının hədləri, habelə 2026-cı ilə qədər çağırış yaşının aşağı həddi üçün keçid dövrü nəzərdə tutulub.

Sənəd əsasən fövqəladə hallar dövründə (təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, konstitusiya quruluşunun bərpası və digər fövqəladə hallar) hərbi xidmətə çağırılmış hərbi qulluqçu və ya ehtiyatda olan vətəndaşla beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, bərpa etmək üçün fəaliyyətlərdə iştirak etmək, yaxud Rusiyanın Silahlı Qüvvələri, digər qoşunları və orqanları tərəfindən aparılan əməliyyatlara qatılmaq, o cümlədən beynəlxalq terror fəaliyyətinin qarşısının alınması üzrə tapşırıqları yerinə yetirmək üçün bir il və ya daha az müddətə hərbi xidmətə dair müqavilə bağlana bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti