“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Azercell işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.
Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan Azercell, ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan Azercell öz mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində Azərbaycanda 300-dən çox yeni baza stansiyası quraşdırmağı və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirməyi planlaşdırıb.