Maşından 20 min manat oğurlandı

Maşından 20 min manat oğurlandı
  05 Avqust 2023    Oxunub:1358
Binəqədi qəsəbəsi ərazisində “Mercedes-Benz” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti