Silahlı insident : yaralılar var

Silahlı insident : yaralılar var
  13 Aprel 2013    Oxunub:1577
Ağdaş rayonu ərazisində silahlı insident qeydə alınıb, xəsarət alanlar var.
Rayon Polis Şöbəsindən verilən məlumata görə hadisə bu gün axşam saat 20:00 radələrində Ağdaşın Ləki qəsəbəsində qeydə alınıb.

Ləki restoranında yeyib-içən Göyçay şəhər sakini 1969-cu il təvəllüdlü Qasımov Etibar Mövsüm oğlu və Ağdaş rayonunun Şəkili kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Şöhrət Əli oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Münaqişə zamanı Etibar Qasımov stolun üzərindəki şüşə qabı Şöhrət Həsənovun başına çırpıb, Ş. Həsənov isə üzərində gəzdirdiyi travmatik tapança ilə Etibar Qasımovu güllələyib. Hadisə nəticəsində hər iki şəxs ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə hər iki şəxs uzun illərdir ki, Rusiyada ticarətlə məşğul olurlar.(apa)


Teqlər:  





Xəbər lenti