Daşkəsən və Göygöldə aqrar sahədə aparılan monitorinqlərin nəticələri müəyyənləşib
Növbəti mərhələdə qlobal antropogen amillərin aqrar sahədə məhsuldarlığa mümkün təsirləri nəzərə alınaraq, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və beləliklə, praktiki addımların atılması, zəruri dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən layihədə əsas məqsəd Cəmiyyətin hasilat və istehsalat fəaliyyətini həyata keçirdiyi bölgələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olunması, o cümlədən yerli icmalarla işin gücləndirilməsi, aqrar sahənin dəstəklənməsi və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.
AzVision.az