Füzuli uğrunda canından keçdi I Kamil Şirinovun doğum günüdür

 Füzuli uğrunda canından keçdi I  Kamil Şirinovun doğum günüdür
  09 Avqust 2023    Oxunub:1324
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Kamil Altay oğlu Şirinovun doğulduğu gündür. O, 1999-cu il avqustun 9-da Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunun Ərəb Qubalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


AzVision.az


Teqlər:





Xəbər lenti