Makron BRİKS Liderlər Sammitinə dəvət edilməyib
Fransa prezidenti Emmanuel Makronun sammitə dəvət edilmədiyini birmənalı şəkildə təsdiqləyən Pandor, “Belə bir dəvət göndərilməyib” deyib. Rusiya prezidenti Vladimir Putin də videokonfrans vasitəsilə sammitdə iştirak edəcək.
Fransanın xarici işlər naziri Ketrin Kolonna iyulun sonunda Cənubi Afrikaya səfəri zamanı Makronun BRİKS Liderlər Zirvə toplantısına qatılmaq istədiyini vurğulayaraq, “Bir-birimizi başa düşməli və həll yolu tapmalıyıq” demişdi. Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandorun bu tələbə qarşı çıxmayacağı düşünülürdü. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov BRİKS Liderlər Zirvəsi öncəsi Makronun sammitə qatılmaq istəyini tənqid edərək, onun “uyğun olmayan qonaq” olacağını demişdi.
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRİKS sammitində ölkələr arasında ticari, siyasi və mədəni əməkdaşlığın təşviqi nəzərdə tutulur.
AzVision.az
Teqlər: