Bu 7 qida qaraciyərinizi gücləndirir

   Bu 7 qida qaraciyərinizi gücləndirir
  09 Avqust 2023    Oxunub:1555
Məlumdur ki, qaraciyər bədəni toksinlərdən təmizləyir. Bu səbəbdən qida qəbulu zamanı daha şüurlu şəkildə davranmalı, qaraciyərə ziyan verməyən, onu gücləndirən qidalar qəbul etməliyik. Vücudda detoks işini görən bu orqanı alkoqol, şəkər, nikotin və digər dərmanlarla yükləmək yolverilməzdir.
AzVision.az “Medicina” -a istinadən xəbər verir ki, hepatoloq Alla Yujnovanın sözlərinə görə, detoksikasiyaya əlavə olaraq, qaraciyər yağların və zülalların parçalanması və qida maddələrinin udulması üçün lazım olan vasitələri ifraz etdiyi üçün digər metabolik funksiyalar üçün də lazımdır.

Həkim qaraciyər sağlamlığına müsbət təsir göstərən 7 qida haqqında danışıb:

1. Qreypfrut - Antioksidantlarla zəngin olan qreypfrut qaraciyərin təmizlənməsinə kömək edir, onun bərpasını və funksiyasını yaxşılaşdırır.

2. Sarımsaq- qaraciyərin detoksifikasiyasına kömək edir

Allisin, selenyum və kükürd birləşmələri sarımsağı qaraciyərin dostu edən aktiv maddələr arasındadır. Həmçinin o, qaraciyər fermentlərini aktivləşdirir və detoksifikasiya prosesinə kömək edir.

3. Qaraciyər yağlanmasına qarşı yaşıl çay müsbət təsir göstərir.

Qaraciyər yağ mübadiləsi ilə sıx bağlıdır və özü də çox piylənə bilər.

4. Mərci- ammonyakın parçalanmasına kömək edir

Mərci aktiv tərkib hissəsi olan arginin maddəsi sayəsində bədəndəki amonyakın atılmasına yardım edir, bununla da qaraciyər sağlamlığını yaxşılaşdırır.

5. Kələm - toksinləri zərərsizləşdirir

Brokkoli, qırmızı kələm və bu ailənin bütün digər üzvləri sıx bir təmizləyici təsirə malikdir və toksinləri zərərsizləşdirə bilir.

6. Pomidor


Yüksək su tərkibi və glutatyon tripeptidi sayəsində pomidorlar detoksifikasiyaedici təsir göstərir və beləliklə, qaraciyəri təmizləyir.

7. Limon suyu

Limonun tərkibindəki çoxsaylı C vitamini bağırsaq fəaliyyətini artırır və qaraciyərin işini yüngülləşdirir.Hər səhər isti limon suyu içmək orqanizmə müsbət təsir göstərir.


Teqlər:





Xəbər lenti