Sumqayıtda nənə iki yaşlı nəvəsinin qolunu sındırdı - FOTO

   Sumqayıtda nənə iki yaşlı nəvəsinin qolunu sındırdı -    FOTO
  11 Avqust 2023    Oxunub:1629
Sumqayıtda nənə azyaşlı nəvəsinə işgəncə verib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə facebook hesabında yazıb.
O bildirib ki, iki yaşlı Əminə Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Uşaq bir həftə xəstəxanada nəzarətdə qalıb”.

K.Ağazadə dövlət qurumlarına müraciət edib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var. Uşaqların anası bir müddət öncə dünyasını dəyişib”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Sumqayıt Şəhər Polis İdarəsində təhqiqat araşdırmaları başlayıb. Müvafiq ekspertiza təyin edilib. Əlavə məlumat veriləcəkdir".



Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti