“Gənclər bacarır!” layihəsi yay düşərgəsində
5 günlük proqrama əsasən “SOS Kəndlərinin” yetirmələri düşərgədə müxtəlif qrup çalışmaları və komanda oyunları vasitəsilə “Bacarıqların müəyyən edilməsi”, “Liderlik və Ünsiyyət bacarıqları”, CV-lərin düzgün hazırlanması və işə müraciət etməyin yeni yolları ilə tanış olublar.
Bundan əlavə İnsan Qaynaqları mütəxəssisləri ilə sual-cavab sessiyası, “Gələcəyin bacarıqları”, “Mock müsahibələr”, “Karyera planlaması”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər də təşkil olunub.
Qeyd edək ki, Azercell-in dəstəklədiyi “Gənclər bacarır!” layihəsi "SOS Uşaq Kəndləri”nin gənc sakinlərinin təhsili, peşəkar inkişafı və işlə təmin olunması məqsədi daşıyır. Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlıq və hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya olunması, keyfiyyətli təhsil ala bilməsi istiqamətində layihələrini davam etdirir.
Teqlər: Azercell