Ermənistanda ardıcıl intiharlara görə hərbi hissə rəhbərliyi qovulur

   Ermənistanda ardıcıl intiharlara görə    hərbi hissə rəhbərliyi qovulur
  15 Avqust 2023    Oxunub:1516
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan ordusunda neqativ hallar daha da çoxalıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Joğovurd" qəzetinin məlumatına görə, Ararat hərbi hissəsində hətta kütləvi ixtisarlar, işdən qovulma halları gözlənilir. Buna səbəb hərbi hissədə ardıcıl olaraq əsgərlərin intihar etməsidir.

Ermənistanda əsgər ölümünə görə iki hərbçi saxlanılıb
"ArmLur.am" isə mövzu ilə bağlı yazıb ki, avqustun 10-da Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölən Jora Karapetyan və avqustun 11-də dünyasını dəyişmiş Qranik Xnkoyan eyni hərbi hissənin, Araratın çağırışçıları olublar.

"Qeyd edək ki, ilkin versiyaya görə, intihar edən iki hərbçilərə dair açılmış işlərin bir-biri ilə heç bir bağlılığı olmayıb. Amma sübut edəcəyik ki, həmin hərbi hissənin komandiri, korpus komandiri fəaliyyətsizdirlər. Onlar hərbi hissədəki vəziyyətdən xəbərdar deyillər, ya da buradakı durumu bilsələr də, addım atmayıblar", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Hərbçi   İntihar  





Xəbər lenti