Çin dünyanın ən böyük avtomobil tədarükçüsü ola bilər
Qeyd olunub ki, 2021-ci ildə Çin tədarüklərə görə Cənubi Koreyanı keçib, 2022-ci ildə isə Almaniyanı qabaqlayaraq ikinci ən böyük avtomobil ixracatçısı olub.
Elektrikli avtomobillərə artan tələbat sayəsində Çindən avtomobil ixracı pandemiyadan əvvəlki səviyyələri üstələyib. Belə ki, 2023-cü ilin birinci yarısında Çinin elektriklə işləyən avtomobillərin ixracından əldə etdiyi gəlir əvvəlki illə müqayisədə iki dəfə artıb.
Analitiklər bildiriblər ki, Çin avtomobil sənayesinin üstünlüyü litium-ion akkumulyatorların istehsalındadır ki, bu da elektrik avtomobillərinin istehsalının maya dəyərini azalda bilər.
AzVision.az
Teqlər: