Mediasiya Şurasının 3 aylıq hesabatı – SƏNƏD

   Mediasiya Şurasının 3 aylıq hesabatı –    SƏNƏD
  15 Avqust 2023    Oxunub:3569
Mediasiya Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mediasiya təşkilatları və mediatorların baxdıqları işlər üzrə nəticələri davamlı olaraq ictimai rəyə təqdim edir.
Hesabatda qanunvericiliyin tələblərinə uyğun olaraq, mediasiya məxfiliyinin qorunması şərti ilə 2023-cü ilin may, iyun və iyul aylarını əhatə edən hesabatda mediasiya təşkilatlarında baxılan işlərin mediatorlar arasında adlı bölgüsü və eyni zamanda mediatorların və mediasiya təşkilatlarının əldə etdiyi nəticələr qeyd edilib. Eyni zamanda, hər bir mediatorun icraatında olan iş sayı, əldə etdiyi barışıq sazişlərinin sayı da dəqiq əksini tapıb.


Təqdim edilən hesabat əvvəlkilərlə müqayisədə daha da təkmilləşdirilərək, hər bir təşkilat üzrə xitam verilən və mediasiyadan imtina edilən işlərin, ilkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin və tam mediasiya sessiyasına (TMS) keçilməyən işlərin sayı dəqiq statistikalar üzrə göstərilib. Sənəd qanunvericiliyin və Mediasiya Şurasının nizamnaməsinin tələblərinə uyğun olaraq, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınaraq mediasiya təşkilatları tərəfindən təqdim edilmiş hesabat əsasında hazırlanıb.

Mediasiya Şurası 2023-cü ilin may, iyun və iyul ayları üzrə hesabatı ictimai rəyə təqdim etməklə bərabər, vətəndaşlara müraciət edərək, mediasiya xidmətlərinin keyfiyyəti, eyni zamanda, narazı qaldıqları mediasiya təşkilatları və mediatorlar barədə Mediasiya Şurasına rəsmi müraciət etmələrini xahiş edilir. Əgər vətəndaşlar hər hansı mediasiya təşkilatı və ya mediatorun göstərdiyi xidmətlər razı qalmayıbsa, bu barədə [email protected] və yaxud [email protected] elektron poçtuna narazı qaldıqları işin xüsusatları, mediasiya təşkilatının və mediatorun adını göstərməklə yaza bilərlər. Vətəndaş müraciətlərinin məxfiliyinə və qanunvericilikdə nəzərdə tutulan mediasiya məxfiliyinin qorunmasına zəmanət verilir. Vətəndaşlarla əks əlaqəni çevik təmin etmək üçün mobil əlaqə nömrələrini qeyd olunması da xahiş edilir.


Teqlər: Mediasiya  





Xəbər lenti