Müəllif yazır ki, Danimarka və Hollandiya Birləşmiş Ştatlardan Ukraynaya uzun müddətdir müzakirələri gedən F-16 təyyarələrinin təhvil verilməsinə icazəylə bağlı sorğu göndəriblər. Hər iki ölkə Vaşinqtondan tez bir zamanda müsbət cavabın gəlməsini istəyib. Artıq bu istiqamətdə ilkin müsbət qərar var.
Danimarka ABŞ-dan Kiyevə F-16 vermək üçün icazə aldı |
Eyni zamanda, Dövlət Departamentindən Politico-ya bildirilib ki, ABŞ da Danimarka və Hollandiyada ukraynalı pilotlar üçün təlimlərin başlamasını sürətləndirməyə çalışır. Qeyd olunur ki, artıq Vaşinqtona bu qırıcılarda təlim keçə biləcək 32 pilotun siyahısı təqdim edilib. Lakin hazırda onlardan yalnız səkkizi ingilis dilini yüksək səviyyədə bilir. Yerdə qalan pilotlar isə Böyük Britaniyada dil kurslarına cəlb ediliblər.
Qeyd edək ki, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Danimarka radiosuna verdiyi müsahibədə Kopenhagenin F-16 qırıcı təyyarələrini Kiyevə göndərmək üçün Vaşinqtondan icazə ala bildiyini deyib.
Xatırladaq ki, bir müddət öncə NATO hərbi komitəsinin rəhbəri Rob Bauer Ukraynanın əks-hücum əməliyyatları bitənə qədər F-16-ları almayacağını demişdi.
Tural Tağıyev
AzVision.az