Sabahın havası

 Sabahın havası
  13 Aprel 2013    Oxunub:1135
Sabah havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir
Aprelin 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq.

Aprelin 14-də bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlədə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 19-24 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Sabah ölkə ərazisində arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Teqlər:  





Xəbər lenti