Şəkililərə yaponlar da kömək edə bilmədilər - VİDEO

Şəkililərə yaponlar da kömək edə bilmədilər    - VİDEO
  22 Avqust 2023    Oxunub:1455
Şəki rayonunun Bolludərə kəndinin sakinləri yay aylarında susuzluqdan əziyyət çəkirlər.
Kənddə nəinki içməli su, hətta təsərrüfatda istifadə etmək üçün belə su tapmaq müşkül məsələyə çevrilib.

“Elə günümüz olub ki, çay qoymağa su tapmamışıq”, - deyə kənd sakini bildirib.

Qeyd edək ki, kəndin yaxınlığına qədər gələn su Yaponiya hökumətinin maliyyə dəstəyi ilə quraşdırılmış su motoru vasitəsilə vurulur. Buraya gün ərzində, yaxud bir neçə gündən bir fasilələrlə su gəlir. Həmin vaxt kənd sakinləri avtomobillərlə evlərinə su daşıyırlar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Teqlər: Şəki  





Xəbər lenti