Taxıl müqaviləsi ilə bağlı Rusiyaya təkliflər hazırlanır
Agentliyin həmsöhbəti qeyd edib ki, hələlik hər şey mükəmməl deyil, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var, bu məsələ ilə bağlı təmaslar davam edir.
Qeyd edək ki, ötən ilin 22 iyul tarixində İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri “taxıl müqaviləsi” imzalayıblar. Müqavilə Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrə ixracına Rusiyanın yardımını nəzərdə tutur.
İstanbulda həmçinin Rusiya Federasiyası ilə BMT arasında memorandum imzalanıb ki, bu da təşkilatın Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı öhdəliklərini nəzərdə tutur.
17 iyul 2023-cü ildə müqaviləsinin müddəti başa çatıb. Avqustun 22-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya onun qarşısında bütün öhdəliklər faktiki olaraq yerinə yetirilərsə, taxıl müqaviləsində iştiraka qayıtmağa hazırdır
AzVision.az
Teqlər: