“Anadolu Atəşi” Bakıda

 “Anadolu Atəşi” Bakıda
  07 İyun 2014    Oxunub:1589
Bu gün Heydər Əliyev Sarayında “SA organization”ın təşkilatçılığı ilə Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupu maraqlı konsert proqramı təqdim edib.
AzVision.az xəbər verir ki, rəqs qrupu “The Best of Anadolu Ateşi” adlı konsert proqramı tamaşaçıların qarşısında çıxış edib.

Qeyd edək ki, 1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan “Anadolu Atəşi”nin ilk adı “Rəqsin Sultanları” olub.

Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlamış, 93 ölkədə 3850 şou göstərmiş, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.

“Anadolu Atəşi” 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış etmiş, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

Ölkəmizdə səfərdə olan qrup Heydər Əliyev Sarayında 3 gün konsert verəcəkdir.


Teqlər:  





Xəbər lenti