"Arayikin səhifəsini Azərbaycan bağlatdırdı" - Simonyan

   "Arayikin səhifəsini Azərbaycan bağlatdırdı"    - Simonyan
  28 Avqust 2023    Oxunub:1353
Xəbər verdiyimiz kimi separatçıların rəhbəri Arayik Arutyunyanın Facebook səhifəsi bağlanıb.
Ermənistan cəmiyyəti isə Arayikin əsas təbliğat vasitəsinin əlindən çıxmasını normal hal kimi qiymətləndirib. Bunu yerli mediada gedən açıqlamalar da sübut edir.

“Facebook” Araik Arutyunyanın səhifəsini sildi
Məsələn, "Women for Democracy"nun rəhbəri Suzanna Simonyan deyib ki, yerli ermənilərdən ona ümid bəsləyənlərə yazığı gəlir: "Arayik Arutyunyanın rəsmi Facebook səhifəsi Azərbaycan tərəfinin illərdir davam edən şikayətlərinə görə bağlanıb.

Yəni "Facebook" belə qənaətə gəlib ki, əgər Qarabağ Azərbaycanın bir hissəsidirsə, burada başqa hansı "prezident" və ya rəhbərin rəsmi səhifəsindən söz gedə bilər axı? Kimlərin ki, sənə ümidi qalıb onlara yazığım gəlir", - Simonyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Facebook  





Xəbər lenti