100 yaşlı erməni “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib

   100 yaşlı erməni “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib
  28 Avqust 2023    Oxunub:1388
Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.
AzVision.az xəbər verir ki, bu gün “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməniəsilli vətəndaşlar Xankəndindən gəlib, Gorus istiqamətinə keçib. Həmçinin 100 yaşlı Lesmonya Arstanyanın keçid məntəqəsindən maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən 150-dən artıq erməni əsilli şəxslərin keçidi gözlənilir. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.




AzVision.az


Teqlər:





Xəbər lenti