Alimlər zəncəfilin xərçənglə güclü mübarizə apardığını sübut etdilər

   Alimlər zəncəfilin    xərçənglə güclü mübarizə apardığını    sübut etdilər
  29 Avqust 2023    Oxunub:2272
Yaponiyanın Osaka Universitetinin alimləri müəyyən ediblər ki, kenkur ekstraktı xərçəng hüceyrələri ilə güclü şəkildə mübarizə aparmağa kömək edir.
Elmi tədqiqatın nəticələri Heliyon jurnalında dərc edilib.

Xərçəngin bilinməyən əlaməti
Kenkur ədviyyat kimi mədə xəstəliklərinin müalicəsi üçün istifadə edilən zəncəfil növüdür. Bu bitki Cənub-Şərqi Asiyada əkilir. Xalq təbabətində ondan bəzən xərçənglə mübarizə vasitəsi kimi istifadə olunur. Lakin zəncəfilin bu ağır xəstəlikdə effektivliyinə dair elmi sübutlar təqdim edilməmişdir.

Tədqiqat çərçivəsində alimlər kenkurun tərkibində etil-p-metoksisinnamat (EMS) maddəsinin olduğunu aşkar ediblər. O, xərçəng hüceyrələrinin böyüməsini əhəmiyyətli dərəcədə maneə törədən bir güclü maddə kimi tanınır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tədqiqat   Xərçəng   Alim  





Xəbər lenti