"Kiyev hətta NATO ilə birgə Krımı ala bilməyəcək" - Keçmiş MKİ analitiki

   "Kiyev hətta NATO ilə birgə Krımı ala bilməyəcək" -    Keçmiş MKİ analitiki
  30 Avqust 2023    Oxunub:1245
"Ukrayna silahlı qüvvələri hətta NATO ölkələrinin birbaşa Rusiya ilə münaqişəyə girəcəyi təqdirdə belə Krımı geri qaytara bilməyəcək".
Bunu Judging Freedom-a müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib.

O qeyd edib ki, "Hətta bütün NATO ölkələri belə indi bölgəyə müdaxilə etsələr, Krımı tuta bilməzlər".

Keçmiş MKİ rəsmisi vurğulayıb ki, Krım Rusiya üçün mühüm obyekt, ərazi sayılır və onun ələ keçirilməsi ilə bağlı istənilən təhlükə real təhdid hesab olunacaq.

Ekspert Rusiyanın güclü hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinin hətta HIMARS raketləri kimi müasir Qərb silahları ilə belə yarımadaya zərbə endirməsinə imkan vermədiyinə də diqqət çəkib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə Krımı Ukraynaya qaytaracaqlarını deyib.

Bu günlərdə isə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Qərb artıq Kiyevə Krıma zərbələr endirməyə icazə verib. Ukrayna Silahlı Qüvvələri isə burada Rusiyaya məxsus hər şeyi məhv etmək niyyətindədir.

Xatırladaq ki, Krım 2014-cü ildə ilhaq olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Krım  





Xəbər lenti