Niger Fransa ilə bütün təhlükəsizlik müqavilələrini ləğv edir

   Niger Fransa ilə bütün təhlükəsizlik müqavilələrini ləğv edir
  30 Avqust 2023    Oxunub:1618
Nigerdə ​​iqtidarda olan Vətənin Müdafiəsi üzrə Milli Şura Fransa ilə təhlükəsizlik və hərbi məsələlər sahəsində bütün razılaşmaların ləğv edildiyini açıqlayıb.
Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

"Nigerdəki Hərbi Şura Fransa ilə təhlükəsizlik və hərbi məsələlər sahəsində bütün razılaşmaların ləğv edildiyini elan edib", - deyə məlumatda bildirilir.

İyulun 26-da səhər saatlarında Niger prezidentinin mühafizəsi prezident Mohamed Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb.

Prezident qvardiyası Bazumun iqamətgahına girişi bağlayıb və danışıqlar aparanların onu azad etmək tələbini rədd edib. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri bildirilir, lakin o, bundan imtina edir. Nigerdə ​​bütün qurumların işi dayandırılıb, ölkə sərhədləri bağlanıb.

KİV-in məlumatına görə, üsyana səbəb Niger liderinin prezident qvardiyasının komandiri general Ömər Çianinin işdən çıxarılması məsələsini gündəmə gətirməsi olub.

Fransa prezidenti Emmanuel Makron daha sonra üsyançıların ölkəni tərk etmək tələblərinə baxmayaraq, Fransa səfirinin Nigerdə ​​qaldığını təsdiqləyib. Qiyamçıların yaratdığı Vətənin Xilası üzrə Milli Şuranın rəhbərinin müşaviri bildirib ki, Niger yalnız Fransanın Afrika ölkəsindəki səfiri Silven İtteni ölkədən çıxarır.

Avropa Birliyi Niger üsyançılarının Fransa səfirini Nigerdən qovmaq qərarını hazırkı böhranın diplomatik yolla həllinə kömək etməyəcək təxribat adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti