İranda “xaos törətmək” də şübhəli bilinən 14 adam habs olunub

İranda    “xaos törətmək”   də şübhəli bilinən 14 adam habs olunub
  31 Avqust 2023    Oxunub:1147
İranda son bir neçə həftədə Kəşfiyyat nazirliyi bir neçə əyalətdə “terrorçu” adlandırdığı 14 nəfəri həbs edib.
AzVision.az xəbər verir ki, Kəşfiyyat nazirliyinin yaydığı məlumatda həbs olunan qrupun məqsədinin Məhsa Əmininin ölümünün ildönümündə “xaos və iğtişaşlar yaratmaq” olduğu bildirilir.

Nazirlik bu 14 nəfərin “geniş sionist terror şəbəkəsi” nə bağlı olduğunu və onların həbsi zamanı “partladılmağa hazır 43 güclü bombanın” aşkarlanaraq ələ keçirildiyini iddia edib.

Hökumət qurumları, xüsusən də son aylarda dəfələrlə “terrorçu” adı altında insanları həbs etdiklərini, onlardan silah və döyüş sursatları tapdıqlarını söyləyirlər.

Nazirliyin son açıqlamasında Xuzistan, Mazandaran, Kirmanşah, Sistan və Bəlucistan əyalətlərində həbs edilən 14 nəfərlik qrupun “əsas elementlərinin və agentlərinin” Danimarka, Hollandiya, Almaniya və Türkiyədə məskunlaşdığı, qrupun mərkəzlərinin adı çəkilən ölkələrdən başqa Əfqanıstan və Pakistanda da olduğu vurğulanır.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti