"Ərdoğan-Putin görüşü taxıl sazişinin bərpası üçün son şansdır" - Kuleba

   "Ərdoğan-Putin görüşü taxıl sazişinin bərpası üçün son şansdır" -    Kuleba
  31 Avqust 2023    Oxunub:1101
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşü Qara dəniz taxıl sazişinin bərpası üçün demək olar ki, son şansdır.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi iclasında çıxışında deyib.

Ukraynanın xarici işlər naziri, həmçinin sentyabr ayının taxıl təşəbbüsü və sülh formulları üçün çox mühüm ay olacağını bildirib.

Dmitri Kulebanın sözlərinə görə, Ukrayna alternativ dəniz yolu üzərində çalışır. Bu yolla gəmilər Ukrayna limanlarından çıxaraq demək olar ki, dərhal Rumıniyanın ərazi sularına daxil olacaq.

Nazir bununla əlaqədar olaraq Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasının əhəmiyyətini qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti