Çexlər Bakıya gəlir

Çexlər Bakıya gəlir
  13 Aprel 2013    Oxunub:1125
Səfər aprelin 15-də baş tutacaq
Çexiya Respublikasının Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlir.

Səfər çərçivəsində Yan Hamaçek Milli Məclisdə, Bakı Slavyan Universitetində, Xarici İşlər nazirliyində bir sıra görüşlər keçirəcək, Milli Azərbaycan Tarixi Muzeyi, Dövlət bayrağı meydanı ilə tanış olacaq.

Qonaqlar Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.



Teqlər:





Xəbər lenti