10 yaşlı Əsnanın əməliyyat üçün yardımınıza ehtiyacı var

10 yaşlı Əsnanın əməliyyat üçün yardımınıza ehtiyacı var
  02 Sentyabr 2023    Oxunub:1459
10 yaşlı Əsnanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə onun anası Əntiqə Quliyeva məlumat verib.

O bildirib ki, Əsna anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“Əsna artıq 10 ildir, serebral iflicdən əziyyət çəkir. Doğulduğu gündən müalicələrini vaxtı-vaxtında etsək də, çox böyük irəliləyiş əldə olunmayıb. Hazırda övladım ayağından əməliyyat edilməlidir. Bunun üçün isə biz İran İslam Respublikasına yollanmalıyıq. Əməliyyat üçün hazırda 2 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailə ilə əlaqə saxlayıb və sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində yalnız Azərbaycan Respublikası ərazisində xidmət göstərilə bilinəcəyi barədə məlumat verilib. TƏBİB tabeli dövlət tibb müəssisələrinə müraciət edib Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığortadan yararlana biləcəyi, həmçinin Xidmətlər Zərfində təminata alınmış, lakin dövlət tibb müəssisələrində icra olunmayan tibbi xidmətlər üçün göndəriş əsasında özəl tibb müəssisələrinə müraciət edə biləcəyi barədə məlumat verilib. Valideyn müalicə həkiminin Tehran şəhərində olduğunu və yalnız həmin həkimin cərrahi əməliyyat etməyini istədiyini bildirib.

Ailə ilə əlaqə: (055) 718-66-25

AzVision.az



Teqlər: Əməliyyat  





Xəbər lenti