Ermənistana məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib

   Ermənistana məxsus PUA-nın idarəetmə stansiyası    məhv edilib
  02 Sentyabr 2023    Oxunub:1165
Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

AzVision.az



Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  





Xəbər lenti