Sərginin təşkilatçıları Azərbaycan gənclərinin hər zaman xaricdə təhsil almağa xüsusi diqqət göstərdiklərini deyib. Onlar bildiriblər ki, Bakıda hər il 2-3 dəfə keçirilən sərgilərin də əsas məqsədi azərbaycanlı tələbələri xaricdə təhsillə bağlı daha ətraflı məlumatlandırmaq və onların xaricdə oxumasını təmin etməkdən ibarətdir.
Bu gün öz işinə başlayan sərgidə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edəcəklər. Tələbələrə xaricdə təhsil, MBA proqramları və dil kursları haqqında ətraflı məlumatlar verilib. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, təqaüdlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablanırıblar.
Xatırladaq ki, sərgi bu gün və sabah saat 13:00-dan 18:00-a kimi «Hilton» otelində keçirilir.
Anar
Foto: Elnur Abdulla