İraqda iğtişaşlarda iştirak edən 40 nəfər saxlanılıb
Onun sözlərinə görə, İraq ordusu şəhərin kürd rayonlarına tam nəzarət edir, eskalasiyaya səbəb olan etiraz nümayişinin bitməsinə baxmayaraq, saxlama əməliyyatı davam edir. Eyni zamanda şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib. Kərkük polis idarəsində qeyd edilib ki, təhlükəsizlik qüvvələri şəhər ətrafında sərbəst hərəkətə mane olmur və təhlükəsizliyi təmin etməyə çağırılır.
Dünən axşam kürd icmasının nümayəndələri Kərkük şəhərində etiraz aksiyasına çıxıb və bir neçə gün əvvəl İraq şiə milisləri Əl-Həşd əl-Şaabi qüvvələri tərəfindən bağlanan Ərbil-Kərkük əsas yolunun açılmasını tələb ediblər. "Rudaw"ın məlumatına görə, kürd nümayişçilər milis tərəfdarlarının yerləşdiyi yerə doğru hərəkət ediblər. İraq təhlükəsizlik qüvvələri iki tərəf arasında qarşıdurmanın qarşısını almaq üçün müdaxilə edib və nümayişçilərə atəş açıb.
İraqın baş naziri, eyni zamanda Silahlı Qüvvələrin baş komandanı olan Məhəmməd əl-Sudani nümayişçilərin ölümünün səbəblərini aydınlaşdırmaq üçün istintaq komitəsinin yaradılmasını əmr edib. İraq Kürdüstanının baş naziri Məsrur Bərzani də öz növbəsində İraqın mərkəzi hakimiyyət orqanlarını Kərkük əyalətinin şimalındakı vəziyyəti nəzarətə götürməyə, vətəndaşların və nümayişçilərin həyatını qorumağa çağırıb.
AzVision.az
Teqlər: