Rusiyadan Paşinyana xəbərdarlıq: "Son dərəcə narazıyıq!"

   Rusiyadan Paşinyana xəbərdarlıq:  "Son dərəcə narazıyıq!"
  04 Sentyabr 2023    Oxunub:1276
Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı qəbuledilməz tonda verdiyi açıqlamalardan Moskva son dərəcə narazıdır.
Bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən baş nazirin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Xarici İşlər Nazirliyinin avqustun 31-də olan şərhindən son dərəcə narazıdır. Bunlar, özlərinin səhvlərinə görə məsuliyyəti Rusiyaya yükləmək məqsədi ilə qəbuledilməz ton və məzmun hesab olunur”, - mənbə bildirib.

Paşinyan: "Rusiya regiondan uzaqlaşır, bir gün oyanıb görəcəyik ki..."
Mənbə onu da qeyd edib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil. Lakin İrəvan Qərbin Rusiya Federasiyasını sıxışdıran alətinə çevrilməməlidir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan La Repubblica-ya verdiyi müsahibədə Rusiya əleyhinə sərt fikirlər səsləndirib.

İrəvan rəhbəri deyib ki, Ermənistan təhlükəsizlik sahəsində təkcə Moskvaya arxalanmamalıdır. Rusiyanın özünə silah lazımdır və artıq səhvlərinin “acı meyvəsini dadmış” bu ölkə ehtiyaclarını təmin edə bilmir.

Erməni baş nazirin fikrincə, Moskva regiondan uzaqlaşır. Bu isə ona gətirib çıxara bilər ki, bir gün ermənilər oyanıb Rusiyanın artıq Ermənistanda mövcud olmadığını görəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti