DYP Gürcüstana gedən vətəndaşlara müraciət edib

DYP Gürcüstana gedən vətəndaşlara müraciət edib
  05 Sentyabr 2023    Oxunub:1111
Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.

Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet police.ge /?fbclid=IwAR03PLMgg1OX72BvUnAbYtnIvquO3K8uydDhdhVFvi-sZJwGWPGH95PYZbo" target="_blank"> saytında, eləcə də real vaxt rejimində (onlayn)​ ödəmə imkanı verən police.ge veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.
AzVision.az



Teqlər:





Xəbər lenti