Mustafa Denizli Fatih Terimin yerini tutdu

Mustafa Denizli Fatih Terimin yerini tutdu
  09 İyun 2014    Oxunub:1230
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Antalyada təşkil olunan Pro lisenziyası kurslarına rəhbər qismində qatıla bilməyib.
AzVision.az “sportnet.az”a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin nəvəsinin dünyaya gəlməsi səbəb olub.

Terim kurs iştirakçılarına müraciət edərək, dərslərə qatıla bilməyəcəyini söyləyib. Bundan sonra kurs proqramında axsama yaşanmaması üçün "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizliyə dəvət göndərilib. Dənizli isə dəvəti tərəddüdsüz qəbul edib.

Qeyd edək ki, hazırda Mustafa Denizlinin "Qalatasaray"ın baş məşqçi postuna gətirilməsi gündəmdədir. İyunun 15-dək Roberto Mançini istefaya göndərilsə, bu təyinat gerçəkləşəcək. Əks halda, Dənizli "Xəzər Lənkəran"da idman direktoru postunu tuta bilər.


Teqlər:





Xəbər lenti