Qanunsuz dərman satanlar ələ keçdi

Qanunsuz dərman satanlar ələ keçdi
  13 Aprel 2013    Oxunub:1235
Bakıda qanunsuz dərman preparatlarının satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini Sahib Zeynalov 12 qutu "Panax Set", 10 qutu "Mavi Boncuk" və digər dərman preparatlarını 580 manata satarkən saxlanılıb.

Saxlanılan şəxsin mənzilinə baxış zamanı oradan əlavə 1518 ədəd "Panax Set", "Mavi Boncuk" qida əlavələri, eləcə də 693 qutu və holoqram aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti