“Cozep Borrel Çar Rusiyasının Qarabağ siyasətini davam etdirir” - Mübariz Əhmədoğlu

   “Cozep Borrel Çar Rusiyasının Qarabağ siyasətini davam etdirir” -    Mübariz Əhmədoğlu
  07 Sentyabr 2023    Oxunub:4144
Avropa İttifaqının Ermənistana birbaşa və dolayı yolla verdiyi dəstək hazırda regionda vəziyyəti müharibəyə sürükləyən əsas amildir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəçiliklə məşğuldur, Ağdam yolundan danışır. Ermənstanın baş naziri Nikol Paşinyan isə Brüsseldə bunun müzakirə olunmadığını bildirir. Ölkənin xarici işlər naziri iki dəfə təkzib bəyanatı verib. Aİ və Ş.Mişel isə bir kəlmə ilə də olsa, mövqelərini müdafiə edə bilmirlər.
Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri ilə Şarl Mişelin görüşündə Ağdam yolunun açılması müzakirə olunub, yoxsa yox? Aİ bu sadə məsələyə aydınlıq gətirə bilmir. Faktiki bu, Paşinyanın mövqeyini dəstəkləmək deməkdir. Belə mövqe erməniləri separatizmə ruhlandırır.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelin Azərbaycana qarşı sərt fikirlər işlətməyə heç bir haqqı yoxdur. O, hazırda sanki Çar Rusiyasının Qafqazdakı siyasətini davam etdirir. Borrelin rəhbərlik etdiyi struktur Ağdam-Xankəndi yoluna adamlar göndərməli, Avropa dövlətlərinin təmsilçilərinin turnesini təşkil etməlidir. Azərbaycanın Qırmızı Aypara Cəmiyyətinin göndərdiyi 40 ton unun Qarabağa daşınmasına kömək etməlidir. Bunun üçün Qarabağ ermənilərinin yolda qoyduqları beton bloklar götürülməlidir.

Rusiya sülhməramlılarının həmin yoldakı beton blokları götürməyə gücləri çatmır, çünki Qarabağ ermənilərinə tövlə təmizləməkdən yorulublar. Aİ təmsilçiləri Qarabağ azərbaycanlılarının bir qrupunun orada məskunlaşmasına şərait yaratmalıdır. Əks təqdirdə Cozep Borrelin regionda müharibənin əleyhinə fikir bildirməsinin heç bir əhəmiyyəti olmayacaq. Borrel çar Rusiyasının siyasətinin davamçısı olmaqdan əl çəkməli, Azərbaycanı hədələməməlidir. Təəssüf ki, son vaxtlar bu proseslərdə xristianlıq faktoru da aşkar şəkildə nəzərə çarpmağa başlayıb.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Borrel    





Xəbər lenti