Agentlik fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
![Agentlik fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Agentlik fırtınalı hava şəraiti ilə bağlı xəbərdarlıq edib](https://azvision.az/photos/2023/09/1694250012.jpg)
“Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2-4 m, sonrakı inkişafda 5,5-7,5 m. çatacağı proqnozlaşdırılır”.
AzVision.az
Teqlər: